AZ / RU / EN

Sosial şəbəkələrimizə qoşulun!

Altis Şüşə


Şüşələrin kəsilməsi
Şüşələrin kəsilməsi Almaniya istehsalı olan “HEGLA” tam avtomatik kəsim maşını vasitəsilə həyata keçirilr. Bu avadanlıq vasitəsilə şüşələrin götürülməsi, kəsimi tam avtomatik olaraq həyata keçirilir.

Bu avadanlıq 6100 mm x 3300 mm ölçülü və 3-19 mm qalınlıqlı şüşələrin kəsmə imkanına malikdir.

Şüşələrin paketlənməsi
Şüşələr kəsildikdən sonra paket halına salınması üçün şirkətimizdə mövcud olan 2 ədəd İtaliya istehsalı olan “OPTİMAC” markalı avadanlıqlardan istifadə olunur. Bu avadanlıqlar vasitəsilə hətta 3210 mm x 2250 mm və 4200 mm x 2500 mm ölçülü paket şüşə də hazırlamaq olar.

Bundan başqa İtaliya istehsalı olan “BOVONE” avadanlığı vasitəsilə paket şüşələrin arqon qazı ilə təması da həyata keçirilir. Bu proses sayəsində şüşələrin istilik keçirmə və səs ötürmə qabiliyyəti xeyli dərəcədə azalmaqdadır.

Şüşələrin temperlənməsi (bərkidilməsi)
Şirkətimizdə şüşələrin temperlənməsi “NORTH GLASS” avadanlığı vasitəsilə həyata keçirilir. Bu avadanlıq 3 mm-19 mm qalınlıqda , 4200 mm x 2440 mm ölçüdə olan şüşələri temperləmək qabiliyyətinə malikdir.

Əlavə olaraq 2450 mm x 2000 mm ölçüdə və 6 mm radiusda olan şüşələrin bükülərək tempelənməsi də mümkündür. Temperli şüşənin üstünlüyü zərbəyə və temperatur dəyişikliyinə dözümlülüyü artır, şüşə qırılan zaman kiçik hissələrə bölünərək insan həyatı üçün təhlükəni azaldır.

Şüşələrin yuyulması və laminasiyası
Şüşələr İtaliya istehsalı olan “TRIULZİ” markalı avadanlıq vasitəsilə xüsusi kimyəvi sularla yuyulmaqdadır. Təhlükəsizlik şüşə növlərindən biri də laminasiyalı şüşələrdir.

Laminasiyalı şüşələrin aşağıdakı üstünlükləri var:

  • qırılma anında şüşə parçaları yerə tökülmür
  • səsboğucu xüsusiyyətə malik olması
  • şüşə sınsa belə bir tərəfdən digər tərəfə keçidi çətinləşdirir

Bundan başqa güllə keçirməz və gülləyə dayanıqlı növündın də istifadə olunur. Bu ən çox polis bölmələri, hərbi binalar, banklar və s. yerlərə tətbiq olunur.

Dekorativ şüşə emali (buzlu, qumlu, şəkilli və loqo yazili)
Dekorativ şüşələrin istifadəsi günümüzdə geniş yayılmışdır. Firmamız İtaliya istehsalı olan “INTERMAC-GENİUS” markalı avadanlığından istifadə erdərək dekorativ şüşə emalı həyata keçirir.Bu avadanlıq vasitəsi şüşələrin üzərində istənilən sözlərin,enblemlərin,loqoların və s. Şüşələrin üzərinə yazmaq mümkündür.

Şirkətimiz “TEMPEST” avadanlığı vasitəsilə şüşə üzərində qumlama prosesini də həyata keçirməkdədir.

Bütün bunlarla yanaşı şüşə üzərində bizote, rodaj, naxışlı basqı, kanal açma, deşmə, boyama və s. əməliyyatlar həyata keçirilir.

Dünya brendləri olan rəsmi partyorlarımız!