“Altis” Şirkətlər Qrupu Yardım Fonduna 50 min manat köçürdü
“Altis” şirkəti Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna ümumi olaraq 50 000 (əlli min) manat vəsait köçürüb.
«Altis» Şirkətlər Qrupunun rəhbərliyi bildirir ki, dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək olmaq bizim üçün böyük şərəfdir.
“Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərlik çağırışına və hazırda qızğın döyüş əməliyyatları həyata keçirən silahlı qüvvələrimizə dəstək olmaq bizim də mənəvi borcumuzdur. Yolumuz haqq yoludur və inanırıq ki, zəfər bizim olacaq”, — deyə vurğulanıb.
“Altis” şirkətinin işçilərinin bir qismi artıq ordu sıralarına qoşulub və onların iş yerləri qanunvericiliyə uyğun qaydada qorunmaqla bərabər, ailələrinə mütəmadi olaraq maddi yardım göstəriləcəkdir.