Telefon Sorğu göndərin
Şüşə paketləri və izolyasiya

Ana səhifə

Altis Şüşə

15 000 m² qapalı sahədə, yarım və tam avtomatlaşdırılmış Avropa texnologiyaları ilə şüşə emalı.

Şüşə pəncərənin əsas hissəsidir və ona fərdi yanaşma lazımdır: pəncərənin rəngi, profilin qalınlığı, ölçüsü və obyektə ətraf mühitin təsiri (külək, günəş, yağış) nəzərə alınmalıdır. Emalda istifadə olunan şüşə və köməkçi materiallar sertifikatlı, bütün standartlara cavab verən xarici istehsal məhsullarıdır.

Emal çeşidimiz

  • Təkqat şüşələrin emalı
  • Təkkameralı və cütkameralı şüşə paketləri
  • Tablaşdırılmış (temperli) şüşə və şüşə paketləri
  • Laminasiyalı (çoxqatlı təhlükəsizlik) şüşələr
  • Konstruktiv şüşə paketləri (silikonlu və bondinqli)
  • Dekorativ və CNC kəsimli şüşələr (qumlu, mat, vinilli, şüşə qapılar)

Emal mərhələləri

Şüşələrin kəsilməsi

01

Şüşələrin kəsilməsi

Kəsim hər emalın qaçılmaz mərhələsidir — lazımi ölçü kəsimdən sonra yaranır. Kəsim Almaniya istehsalı olan HEGLA tam avtomatik maşını ilə aparılır: şüşənin götürülməsi və kəsimi tam avtomatikdir. Avropa avadanlığı sayəsində kəsimdə xəta payımız cəmi 0,001%-dir.

Maksimal kəsim ölçüsü
6000 × 3300mm
Kəsim qalınlığı
3–19mm
Xəta payı
0,001%

Avadanlıq: HEGLA Optimax 6133

Şüşələrin yuyulması

02

Şüşələrin yuyulması

Şüşə şəffaflıq və təmizlik rəmzidir, buna görə kəsimdən sonrakı mərhələ yuyulmadır. Ən qabaqcıl Avropa avadanlığından istifadə edirik; yuma suyu tərs osmos süzgəclərindən keçirilərək ləkəsiz təmizliyə nail olunur.

Avadanlıq: TRULZI

Şüşə paketləri və izolyasiya

03

Şüşə paketləri və izolyasiya

Paketlənmiş şüşənin istilik keçiriciliyi adi şüşəyə nisbətən 2,2 dəfə azdır; enerjiyə qənaət edən yeni növ şüşələrlə bu göstəricini 4–5 dəfə artırmaq mümkündür. Paketləmə İtaliya istehsalı OPTIMAC və Türkiyə istehsalı BESTMAKINA xətlərində, paketlərin arqon qazı ilə doldurulması isə İtaliya istehsalı BOVONE avadanlığı ilə aparılır.

Şirkətdə 2 paketləmə xətti var. Arqon qazı ilə doldurma şüşənin istilik və səs ötürməsini xeyli azaldır. Paketlər izolyasiya edilir ki, zamanla iki şüşə arasında yarana biləcək hava sızıntısı tərləmə və kondensasiyaya səbəb olmasın.

İzolyasiyanın iki üsulu tətbiq edilir: silikon dolğu və poliuretan dolğu.

Paket ölçüləri
3210 × 2250mm
Paket ölçüləri
4200 × 2500mm
Arqon qazı ilə doldurma
Ar

Avadanlıq: OPTIMAC · BESTMAKINA · BOVONE

Temperləmə və büküm

04

Temperləmə və büküm

Temperli şüşə zərbəyə və temperatur dəyişikliyinə daha dözümlüdür; sındıqda çox kiçik, zərərsiz hissələrə bölünür. Temperləmə NORTH GLASS avadanlığı ilə aparılır. Büküm ölçüləri radiusdan və layihədən asılıdır. Özəl xassəli həssas şüşələr istehsal edən Avropa şirkətlərinin rəsmi sertifikatları bizi Azərbaycanda fərqləndirir.

6 mm radiusda bükülmüş şüşənin temperlənməsi də mümkündür.

Temperləmə ölçüsü
4200 × 2440mm
Temperləmə qalınlığı
3–19mm
Maksimal büküm ölçüsü
2450 × 2000mm
Büküm qalınlığı
3–19mm

Avadanlıq: NORTH GLASS

Rodajlama

05

Rodajlama

Kəsilmiş şüşənin kəskin kənarları xüsusi almaz və serium disklərlə yonulur və parladılır — estetik görünüş və toxunarkən təhlükəsizlik üçün dünya praktikasının ən müasir üsulu. Ölkədə ən müasir və sürətli rodaj avadanlığı yalnız bizim zavodumuzdadır.

Avadanlıq: SUNTECH

Şüşə paketlərinin bondinqi

06

Şüşə paketlərinin bondinqi

Silikon dolğu ilə izolyasiya edilmiş hazır şüşə paketləri struktur silikonla alüminium çərçivələrə (kasetlərə) yapışdırılır; nəticədə bina fasadında yalnız şüşə görünür. Bu üsul fasadda dalğalanma riskini minimuma endirir.

Bondinqdə xarici və daxili şüşənin ölçüləri bərabər deyil. Alüminium çərçivənin dörd kənarına xüsusi yapışqanla məsafə zolağı yapışdırılır, xüsusi silikon yan tərəfdən sıxılaraq şüşə ilə alüminium birləşdirilir; şüşələr üfüqi və ya şaquli vəziyyətdə qurudulur və fasad işlərinə hazır olur.

Konstruksiyanın tərkibi

  • Pilləli şüşə paketi
  • Quruducu ilə məsafə profili
  • Poliizobutilen birinci kipləşdirici
  • Struktur silikon
  • İkitərəfli yapışqan lent
  • Silikon atmosfer kipləşdiricisi
Laminasiya

07

Laminasiya

İki və ya daha çox şüşə xüsusi PVB (polivinil butiral) təbəqəsi ilə birləşdirilərək çoxqatlı şüşə hazırlanır. Məhəccərlərdə, şüşə döşəmələrdə, damlarda və yüksək binaların fasadlarında tətbiq olunur; sındıqda parçalar yerində qalır. Laminasiyalı şüşə emalına 2016-cı ildən başlamışıq.

Bu üsulla bank kassaları və zirehli avtomobillər üçün çoxqatlı zərbəyə davamlı şüşələr, hətta güllə keçirməyən şüşələr hazırlanır. Gələcək addımlarımızdan biri güllə keçirməyən şüşə istehsalıdır — bu istiqamətdə araşdırmalara başlamışıq.

  • Sınma anında şüşə parçaları yerə tökülmür
  • Səsboğucu xüsusiyyətə malikdir
  • Şüşə sınsa belə keçidi çətinləşdirir
Maksimal ölçü
2400 × 4000mm
Gələcək imkan
2600 × 6000mm
CNC kəsimi

08

CNC kəsimi

Ofis və mağazalardakı şüşə qapılar, fiqurlu şüşələr CNC və NC tipli avadanlıqla emal olunur; bu, memari və praktiki təcrübə tələb edir. CNC kəsim işlərində 10 illik təcrübəmiz var.

Maksimal CNC ölçüsü
1200 × 2600mm
Şüşə qalınlığı
4–30mm
Dekor və qumlama

09

Dekor və qumlama

Dekorativ emal İtaliya istehsalı INTERMAC-GENIUS avadanlığı ilə aparılır — şüşə üzərində söz, emblem və loqo işləmək mümkündür. Vinil kəsmə və TEMPEST qumlama avadanlığı ilə xüsusi fiqur və naxışlar tətbiq edilir. Bundan başqa bizote, rodaj, naxışlı basqı, kanal açma, deşmə və boyama əməliyyatları aparılır.

Maksimal ölçü
2500 × 3000mm

Avadanlıq: INTERMAC-GENIUS · TEMPEST

Layihəniz üçün şüşə, profil və fasad həlli

Ölçüləri, miqdarı və məhsul növünü yazın — mütəxəssislərimiz sizinlə əlaqə saxlayacaq.